“Unity ilə oyun yaradılması” istiqaməti üzrə intensiv qısamüddətli təlimlər təşkil olunacaq

“Unity ilə oyun yaradılması” istiqaməti üzrə intensiv qısamüddətli təlimlər təşkil olunacaq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə oyun yaradılması” istiqaməti (Game Development with Unity) üzrə intensiv qısamüddətli təlimlər təşkil edəcək.
4 ay ərzində keçiriləcək təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də videooyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.
Təlimə daha öncədən kifayət qədər proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcəklər. Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcək. Təlimə müraciətlər iyulun 31-dək qəbul olunur.

Tehsil-press.az


Oxşar xəbərlər