AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” çərçivəsində növbəti onlayn mühazirə keçirilib.
Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialının rayon təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə keçirilən “Nizami mühazirələri”nin növbəti toplantısı “Nizami “Xəmsə”sində cəvahirat adlarının poetik funksiyası” mövzusuna həsr olunub.
Onlayn tədbiri muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib, Nizami yaradıcılığının nəinki Azərbaycan, bütün türk dünyasında, eyni zamanda, Yaxın Şərq coğrafiyasında dəyərli mənbə olduğunu qeyd edib. Y.Bahadurqızı Aran filialının keçirdiyi “Nizami mühazirələri”nin dahi şairin poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliği məqsədi daşıdığını söyləyib.
Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nizami “Xəmsə”sində cəvahirat adlarının poetik funksiyası” mövzusunda məruzə ilə çıxış edib. O, “Xəmsə”də yer alan cəvahirat adları ilə bağlı rənglər, rəvayətlər, məkanlar və poetik fiqurları şərh edib. Məruzəçi Nizami poemalarının poetik tərcüməsində öz əksini tapa bilməyən məqamları orijinaldan götürülmüş nümunələr əsasında açıqlayıb.
Mühazirədən sonra Şəfəq Əlibəyli dinləyicilərin suallarını cavablandırıb.
Tədbirə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.
Tehsil-press.az