Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami irsinin tanıdılması” mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri Salatın Əhmədova böyük şairin irsinin öyrənilməsi, araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb, habelə “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər planı haqqında ətraflı məlumat verib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova məruzəsində şairin yaradıcılığına nəzər salıb, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açıb. O, Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin şairin geniş şöhrət tapmış, dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”sində əsas xətti təşkil etdiyini söyləyib. Dahi şairin söz xəzinəsindən gənclər üçün dəyərli nümunələr təqdim edən məruzəçi Nizami irsinin sadəcə ədəbiyyatın deyil, insan təfəkkürü və düşüncəsinin inkişafına da təkan verdiyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin fenomenal bəşəri irsinin hər zaman aktual olduğunu vurğulayıb, şairin humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərinin gənc nəslin tərbiyəsində mühüm roluna toxunub.
AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva böyük şairin irsinin Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamasından, bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.
Universitetin Azərbaycan dili və pedaqogikası kafedrasının təşəbbüsü ilə keçirilən seminarda ədəbiyyatşünas alimlər, müəllimlər və tələbələr iştirak ediblər.
Tehsil-press.az