BDU-da Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib

BDU-da Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib Bakı Dövlət Universitetində (BDU) Nizami Gəncəvi adına xüsusi təqaüd təsis olunub.
Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bu günə qədər 20-dən çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. keçirilib.
Tədbirlər Planına uyğun olaraq 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə BDU-da Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib. Hər fakültədən bir tələbə olmaqla, filologiya və şərqşünaslıq fakültələri üzrə bakalavriat pilləsində əyani formada təhsil alan 2020-2021-ci tədris ilinin II semestr üzrə ən yüksək nəticə göstərən tələbələrinə Nizami Gəncəvi adına təqaüd veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər