Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 155 və 193 nömrəli məktəblərdə əyani dərslər bərpa edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 155 və 193 nömrəli məktəblərdə əyani dərslər bərpa edilib Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər