Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzində olub

Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzində olub Azərbaycana səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyətinə Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, şairin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda açılıb. Ev-muzeyi AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrilib.
Mərkəz ilə tanışlıq zamanı qonaqlara görkəmli rus şairi Sergey Yeseninin Bakıya olan sevgisindən bəhs edilib, bu sevginin şairin yaradıcılığında öz əksini tapdığı vurğulanıb. Həmçinin Mərkəzin Azərbaycan və Rusiya arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğu bildirilib.
Sonra nümayəndə heyəti AMEA-nın Dendrologiya İnstitutunda görülən işlərlə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər