Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Çin ədəbi əlaqələrindən, bu istiqamətdə görülən işlərdən danışıb. Akademik bildirib ki, İnstitutda Çin Mərkəzi fəaliyyət göstərir, Çin dili tədris olunur və qarşılıqlı ədəbi əlaqələr istiqamətində elmi tədqiqatlar aparılır. İ.Həbibbəyli qarşılıqlı əlaqələrin daha böyük layihələrin həyata keçirilməsinə şərait yaratdığını bildirib.
Çin Sosial Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunun əməkdaşı Vey Daouri, Fəlsəfə İnstitutunun direktor müavini Cui Veyhan, Çin Sərhəd Tədqiqatları bölməsinin rəhbəri Van İkan, Çin Milli Mədəniyyəti Araşdırmaları Mərkəzinin rəhbəri Li Xı, Çin Fəlsəfə İnstitutunun əməkdaşı Cu Çunmin, Pekin Telekommunikasiya Universitetinin professor əvəzi Cao Xayyin və Pekin Xarici Dillər Universitetinin dosenti, Ədəbiyyat İnstitutunun Çin-Azərbaycan əlaqələri üzrə koordinatoru Aqşin Əliyev gələcək birgə işlərlə bağlı təkliflərini bildiriblər.
Müzakirələrdə Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin yaradılması qərara alınıb. Daha sonra qonaqlar İnstitutun Çin Mərkəzinə baxıblar.
Tehsil-press.az