Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə böyük rus şairi Sergey Yeseninə həsr olunmuş “Sergey Yeseninin Moskva həyatı” mövzusunda tədbir keçirilib.
Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva tədbirin tələbələrin Sergey Yesenin haqqında məlumatlandırılmasında, intellektual səviyyələrinin yüksəlməsində, tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb. G.Əliyeva bildirib ki, bu istiqamətdə silsilə tədbirlərin keçirilməsi fakültədə davam etdiriləcək.
Sonra Sergey Yeseninin Moskvadakı ev-muzeyinin əməkdaşları Alla Sergeyeva və Yelizaveta Terentevanın muzey haqqında məruzələri dinlənilib. Söhbət zamanı muzeyə virtual ekskursiya edilib, muzeydəki eksponatlar barədə iştirakçılara məlumat verilib.
Tədbirdə tələbələr tərəfindən şairin şeirlərindən parçalar səsləndirilib.
Bakı Slavyan Universitetinin ”Slovar yazıka Yesenina” adlı yeddicildlik kitabının müəllifi Qalina Şipulina Sergey Yeseninin Bakı həyatından danışıb, şairin yaradıcılığı haqqında ətraflı məlumat verib.

BSU-nun Mətbuat Xidməti