“Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün test imtahanı başa çatıb

“Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün test imtahanı başa çatıb Dövlət İmtahan Mərkəzi (DİM) “SOCAR Midstream Operations” MMC tərəfindən maliyyələşdirilən və Massaçusets Texnologiya İnstitutu (MİT) “Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün test imtahanı keçirib.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan saat 11-də başlanıb və 2 saat davam edib.
Namizədlərə imtahanda 30 riyaziyyat (25 qapalı və 5 açıq tipli), 30 ingilis dili (30 qapalı tipli) olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim olunub.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda onun imtahan nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün 106 nəfər qeydiyyatdan keçib.
İmtahana 42 nəfər gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər