Azərbaycan Dövlət Dəniz Akademiyasında “Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı ilə “Texniki və təbiət elmlərinin innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilib.
Beynəlxalq elmi-texniki konfransın plenar iclasını “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov açaraq konfrans iştirakçılarını salamladıqdan sonra çıxış üçün söz ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifova verilib. O, geniş məruzə ilə çıxış edərək konfransın 2 gün bölmələr üzrə davam edəcəyini bildirib və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Plenar iclasda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov “Dəniz şəraitndə avadanlıqların atmosfer korroziyasından müdafiə üçün konservasiya mayeləri və sürtküləri” mövzusunda məruzə təqdim edib.
Sonra İqdır unuversitetinin rektoru, professor Mehmet Hakkı Alma “Biokütlə əsaslı pirolitik yağ və onun texnologiyası” mövzusunda çıxışı ilə konfransı davam etdirib.
Plenar iclasın yekununda professor Vaqif Həsənovun “Günəş enerjisindən istifadə etməklə gəmilərin isti su təminatı” adlı elmi məruzəsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov sonda çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq elmi-texniki konfrans öz işini 3 bölmədə davam etdirərək 2 gün ərzində öz işini başa çatdırıb.
Beynəlxalq konfransa Azərbaycanla yanaşı Türkiyə, Almaniya, Qazaxıstan, Ukrayna, Fransa və Rusiyadan olan alimlər 62 elmi məqalə təqdim ediblər. O cümlədən Azərbaycandan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, MAKA elmi-tədqiqat aerokosmik informatika institutu, Azərbaycan Texniki Universiteti, SOCAR-ın Neft-qaz elmi tədqiqat layihə institutu, “AZER Connect” MMC, AMEA-nın Neft-kimya prosesləri institutu, AMEA-nın Gəncə bölməsi, AMEA-nın Radiasiya problemləri institutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Fövqəladə Hallar Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Təhsil Nazirliyinin Təhsil İnstitutu, AMEA-nın İqtisadiyyat institutu, AMEA-nın Füzuli adına Əlyazmalar institutu, Bakı Biznes Universiteti, “Foster Wheler Engineering” şirkəti, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya elmi-tədqiqat institutu kimi təhsil və elmi müəssisələr beynəlxalq konfransda təmsil olunublar.
Tehsil-press.az