FHN-nin Akademiyasında “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmışdir.
Fövqəladə Hallar Nazirliyin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Heydər Əliyev adına Ali Hərbi Məktəb və Ukrayna Milli Mülki Müdafiə Universitetinin kursant, tələbə və magistrantlarının iştirakı ilə keçirilən tədbir “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” şüarı altında keçirilmiş konfransın əsas məqsədi fövqəladə hallar zamanı davranış qaydaları barədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması olmuşdur.
Konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının müdiri dos. E.F Sultanovun rəhbərliyi ilə magistrantlar Ruslan Əlicanov və Asim Süleymanov məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda gənclərə Fövqəladə Hallar Nazirliyi Akademiyasının “iştirakçı sertifikatı” təqdim olunub.

ADDA-nın Mətbuat Xidməti