Təhsil İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində “Məktəb psixoloqu” layihəsi əsasında Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin psixoloqları üçün təlimlər keçirilib.
Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil olunan təlimlərdə ümumilikdə 400-ə yaxın məktəb psixoloqu iştirak edib. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi Mətanət Əliyeva və “MedEra” hospitalının psixoloqu Fidan Tağızadə təlimçi kimi çıxış ediblər.
Təlimlərdə məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd etmiş, eyni zamanda, zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilib.
Tehsil-press.az