Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı təkmilləşdirilir

Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı təkmilləşdirilir Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
“Sağlam təhsil-sağlam millət” layihəsinin və ADPU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan tədbir ailədə uşaqlarla münasibətlərin düzgün qurulması, onların fiziki və psixi sağlamlığına qayğı, təhsil müddətində sosial adaptasiyasına nəzarət, çətin məqamlarda mütəxəssis dəstəyindən yararlanmaqla bağlı maarifləndirmə məqsədi daşıyıb.
ADPU-nun “SABAH” qrupları mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova mövzunun aktuallığını diqqətə çatdıraraq tədris müddətində gələcəyin pedaqoqları ilə bu istiqamətdə araşdırma aparılmasının vacibliyindən, bu təbliğatın ailə, cəmiyyət dəyərlərinin möhkəmləndirilməsinə əhəmiyyətli təsirindən danışıb.
Daha sonra Azərbaycan Tibb Universitetinin kafedra müdiri Şəhla Babayeva, Bakı Dövlət Universitetinin müəllimi Aynur Bünyatova, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının müəllimi Nigar Şahhüseynbəyova təqdimatlarla çıxış ediblər.
Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.

ADPU-nun Mətbuat Xidməti


Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı təkmilləşdirilir


Oxşar xəbərlər