Erməni hüquq müdafiəçisi Vaan Oqanesyan 44 günlük müharibə başa çatandan sonra Azərbaycan ərazisinə daxil olan və xüsusi təyinatlılar tərəfindən saxlanılan erməni diversantların etiraflarını dərc edib.
V.Oqanesyan Azərbaycan tərəfinə könüllü olaraq təslim olan ermənilərin etiraflarını öz Feysbuk hesabında paylaşıb.
“Biz 62 nəfər idik, onlar bizim tərəfə gəlməyə davam edirdilər. Mövqedə 15-20 dəqiqə gözlədikdən sonra nə baş verdiyini anlamaq üçün əsgərlərə yaxınlaşmağa qərar verdik. Onlardan biri rus dilində səlis danışaraq narahat olmamağımızı dedi, buna görə biz də təslim olduq.
Mən yaxınlaşdım və gördüm ki, onlar 4-5 nəfərdirlər. Ocağın yanında daha 3-4 azərbaycanlı dayanmışdı”, - deyə Azərbaycandan qayıdan diversantlardan S.Q. deyib.
“Biz bütün qərargahla mövqeni tərk etdik. Növbə ilə silahımızı azərbaycanlılara verdik və bundan sonra bizə onlarla getməyimizi dedilər. Orada yeddi azərbaycanlı və onların bir komandiri var idi”, - deyə R.K. qeyd edib.
S.P. adlı diversant isə belə bildirib: “Axşam təqribən 8-də göstərilən mövqelərə getdik və orada “Yaşma” xüsusi təyinatlılarının dəstəsini gördük. Onlar 6-7 nəfər idilər və biz silahımızı təhvil verməyə qərar verdik”.
“Naməlum əraziyə çatanda qarşımıza təqribən 6-8 nəfərdən ibarət azərbaycanlı xüsusi təyinatlı dəstəsi çıxdı. Onlar özlərini təqdim etdi və silah-sursatlarımızı, hərbi formalarımızı təhvil verməyimizi təklif etdilər”, - deyə N.D. söyləyib.
Tehsil-press.az