Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ali məktəbin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.
İclasda 2022-2023-cü il üçün tədbirlər planı müzakirə olunub. ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanın ilk incəsənətyönümlü ali təhsil ocağı olan ADMİU-nun 100 yaşı tamam olur. Bu münasibətlə universitet rəhbərliyinin təklifi əsasında “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, 2022-ci ildən etibarən incəsənətin müxtəlif sahələrini əks etdirən tədbirlər keçiriləcək.
İclasda universitetin tələbələrinin yaradıcılıq işlərindən ibarət kino və teatr festivallarının, məzunların forumunun, müxtəlif ali təhsil müəssisələrində ADMİU-nun yubiley tədbirlərinin, silsilə elmi-praktik konfransların keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, universitetin tarixini əks etdirən kitabın, “Universitetin tarixi fotolarda” adlı fotoalbomun hazırlanıb nəşr edilməsi, dövri mətbuatda “ADMİU-100” rubrikası adı altında məqalələrin dərc olunması, ali təhsil ocağının şərəfli inkişaf yolunu əks etdirən sənədli filmin hazırlanması və digər təkliflər dəyərləndirilib.
İclasda Təşkilat Komitəsi üzvlərinin fikir və təklifləri dinlənilib.
Tehsil-press.az