Mədəniyyət və İncəsənət Universiteti doktorantların və gənc tədqiqatçıların XXIV respublika konfransında təmsil olunub

Mədəniyyət və İncəsənət Universiteti doktorantların və gənc tədqiqatçıların XXIV respublika konfransında təmsil olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında təmsil olunub.
Tədbirdə universitetin kafedra müdiri Xalq artisti Teyyub Aslanovun iştirakı ilə müəllim və tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilib.
ADMİU-nun Geyim dizaynı kafedrasının baş müəllimi Nəzakət Əhmədovanın təqdimatında tələbələr Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında qeyd olunan ölkələrin geyimlərini nümayiş etdiriblər.
Bədii hissədə, həmçinin Teatr sənəti fakültəsinin III kurs tələbələri Cavid Babayev və Sabirə Abdullayeva Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər. ADMİU-nun Rəssamlıq, Teatr sənəti və Musiqi sənəti fakültələrinin birgə hazırladıqları ədəbi-bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova da iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər