Mədəniyyət və İncəsənət Universitetində “SABAH” teatrının yaradılması nəzərdə tutulur

Mədəniyyət və İncəsənət Universitetində “SABAH” teatrının yaradılması nəzərdə tutulur “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Əvvəlcə qonaq ADMİU-nun rektoru, professor Fərəh Əliyeva ilə görüşüb. Görüşdə ADMİU-nun “SABAH” Mərkəzinin və tələbələrinin fəaliyyəti, yeni layihə və tədbirlərdən söz açılıb. “SABAH” teatrının yaradılması, tələbələrin teatr dərnəklərində fəaliyyəti, bölgələrə qastrolların təşkili və orta məktəblərdə təcrübələrin keçirilməsi məsələləri müzakirə edilib. Qeyd olunub ki, 2014-cü ildən yeddi universitet ilə fəaliyyətə başlayan “SABAH” hazırda işini 12 ali təhsil ocağı ilə birgə davam etdirir.
Görüşdə universitetin təşəbbüsü ilə “SABAH” teatrının yaradılması və marafonun keçirilməsinin nəzərdə tutulduğu, marafonun PR və ictimaiyyətə çıxış üçün uyğun vasitə olduğu qeyd olunub. Bildirilib ki, marafon zamanı “SABAH” qrupu rejissor və aktyor sənətləri ixtisaslarında təhsil alan tələbələr respublikanın bir çox bölgələrində filmlər, tamaşalar nümayiş etdirib, müzakirələr aparacaqlar. Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ADMİU, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının IV kurs tələbələri üçün incəsənət festivalı keçiriləcək.

ADMİU-nun İctimaiyyətlə əlaqələr şöbəsi




Oxşar xəbərlər