Payızda koronavirus daha da güclənəcək?

Payızda koronavirus daha da güclənəcək? Dünya ölkələrində koronavirusun inkişafı fərqli gedir.
Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bəzi ölkələrdə artıq ikinci dalğanı müşahidə edirik. Payızda ikinci dalğa qorxusu ondan ibarətdir ki, digər xəstəliklərin yayılması artır. Lakin payıza doğru müəyyən yumşalmaların olması gözlənilir. Biz ölkəmizdə epidemiyanı nə qədər nəzərə ala biləriksə, ikinci dalğaya o qədər hazır ola bilərik. Eyni zamanda iş yerlərində qaydalara riayət etməklə epidemiyanın güclənməsinin qarşısını ala bilərik. Burada həm dövlət tərəfindən görülən işlər, həm də hamımızdan asılı məqamlar var".

Tehsil-press.az

Oxşar xəbərlər