Dövlət İmtahan Mərkəzi (DİM) Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirib.
Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunan imtahanlarda 445 şagird iştirak edib. İmtahanlarda lisey şagirdləri ilə yanaşı, Kompleksdə təhsil almaq üçün qeydiyyatdan keçmiş şagirdlər də iştirak ediblər.
İmtahan prosesinin idarə olunmasına DİM və Kompleksin əməkdaşları cəlb olunub.
Azərbaycan dilində aparılan imtahanlar 4-cü və 5-ci sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilib. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib.
İmtahanların nəticələri Kompleksin rəsmi feysbuk səhifəsində paylaşılacaq.
Növbəti monitorinq imtahanlarının 2022-ci ilin yanvar ayında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, DİM-lə Kompleks arasında əldə edilmiş razılığa əsasən, Mərkəz tərəfindən Kompleksin şagirdlərinin (V-X sinif) qiymətləndirilməsi üçün ilk imtahanlar 2021-ci il iyunun 12-13-də keçirilib.
Tehsil-press.az