Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində layihənin icrasına başlanılıb.
Layihə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən Azərbaycan mühitinə uyğun olaraq icra edilir. Həmçinin məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları istiqamətində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq formatında həyata keçirilir.
İnstitutun elmi-pedaqoji heyəti, tələbələri BMT Əhali Fondunun Azərbaycan Nümayəndəliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq dərs keçirilib. Tədbirdə dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə fənn sillabuslarına inteqrasiya edilən gender bərabərliyinə dair mövzuların təqdimatı və müzakirəsi keçirilib.
İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, dekan müavini sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov və ali təhsil müəssisəsinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Tağıyeva məruzə ilə çıxış ediblər.
Layihə cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyır.
Qeyd edək ki, ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində birgə mühazirə və seminarların təşkili, məişət zorakılığının qarşısının alınmasında İslam dininin roluna dair tədris materiallarının hazırlanması və bu mövzuya həsr olunan konfransın keçirilməsi planlaşdırılır.
Tehsil-press.az