İsveçdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən 9 ölkədən 15 nəfər koronavirusa yoluxub.
İsveçin paytaxtı Stokholmda 56 ölkənin xarici işlər orqanı rəhbərlərinin qatıldığı görüşdə jurnalistlər və ekspertlər də iştirak ediblər.
Görülən tədbirlərə baxmayaraq, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başa çatdıqdan dərhal sonra koronavirusa yoluxan qonaqlarla bağlı ilk məlumatlar ortaya çıxıb. Hazırda doqquz fərqli ölkədən olan 15 iştirakçıda koronavirus aşkar edilib. Onların arasında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da var.
Qeyd edək ki, bir neçə gün öncə Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.
Xatırladaq ki, sözügedən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. 2-3 dekabr tarixlərində keçirilən iclasda ümumilikdə ATƏT üzvü olan 57 ölkə təmsil olunub.
Tehsil-press.az