Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası işə başlayır.
Təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin iclasa qatılacağı gözlənilir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.
ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tehsil-press.az