“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb.
Layihənin ikinci – qiymətləndirmə mərhələsində iştirak hüququ qazanmış 325 namizəd elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqları yerinə yetirib.
İkinci turda 19 və ya yuxarı bal toplayan 118 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin namizədlərlə əlaqə saxlanılaraq növbəti mərhələnin keçirilmə tarixi barədə məlumat veriləcək.
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçiləri yetişdirmək və onların peşəkar inkişafını dəstəkləməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər