UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olub

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin bir qrup fəal tələbəsi Hərbi Qənimətlər Parkında olub.
Tələbələr Parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

Tehsil-press.az

Oxşar xəbərlər