Çin Trampın Honkonqa dair qanununu imzalamasına etiraz edib

Çin Trampın Honkonqa dair qanununu imzalamasına etiraz edib Çin ABŞ prezidenti Donald Tramp tərəfindən Honkonqda demokratiya və insan hüquqları barədə imzalanmasına qətiyyən qarşı çıxır.
Bu barədə Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Amerika tərəfindən Honqkonda demokratiya və insan hüquqları haqqında qanununun imzalanması Honkonqun və Çinin daxili işlərinə ciddi müdaxilədir, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır, həmçinin açıq-aşkar hegemonluqdur. Çin hökuməti və xalqı ciddi şəkildə etiraz edir".
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər