Səfir: Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Səfir: Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.
Bu sözləri Tehsil-press.az-a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim bildirib.
Səfir müsahibədə xarici mətbuatda qondarma Dağlıq-Qarabağ “rəsmisi”nin Şarm-Əl-Şeyxin qubernatoru ilə görüşməsi məsələsinə toxunub.
Bu görüşün rəsmi görüş kimi qəbul olunmadığını bildirən səfir qeyd edib ki, qarşı tərəf özünü Dağlıq Qarabağın deyil, Ermənistanın nümayəndəsi kimi təqdim edib. Səfər turistik xarakter daşıyıb, heç bir rəsmi səfərdən söhbət getmir.
Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir.
“Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”, - deyə o əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər