“Daxili işlərimizə qarışmayın” - “Taliban”

“Daxili işlərimizə qarışmayın” - “Taliban” Müvəqqəti “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki dünya ölkələrini Əfqanıstanın daxili işlərinə qarışmamağa çağırıb.
Muttaki bunu Qətərdə ölkənin daxili və xarici siyasəti ilə bağlı danışarkən deyib.
“Biz heç kimin daxili işlərinə qarışmırıq və başqalarından da eyni münasibəti gözləyirik. Digər ölkələrdən Əfqanıstana edilən diktələr xeyir gətirməz.
Heç bir dövlətin müdaxiləsi olmadan müstəqil hökumət qurmuşuq. Əfqanıstan yeni hökumətin idarəçiliyində sülh şəraitinə qovuşub. Bütün ölkələrlə balanslaşdırılmış, qonşu ölkələrlə də yaxşı əlaqələr qurmaq niyyətindəyik.
Avropa İttifaqı ilə yaxşı əlaqələr qurmaq istəyirik. Əfqan qaçqınların Avropaya yük olmasını istəmirik. Bunun heç kimə faydası yoxdur.
Əfqan xalqı islam dünyasının önəmli bir parçasıdır. Yeni dönəmdə ərəb və islam ölkələri lə körpü qurmalıyıq”, - o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər