Nazir: Türkiyənin Qətərdəki hərbi bazası Ankara və Dohanın daxili işidir

Nazir: Türkiyənin Qətərdəki hərbi bazası Ankara və Dohanın daxili işidir Türkiyənin Qətərdəki hərbi bazası ancaq Ankara və Dohanın daxili işidir.

Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazir bəyan edib ki, iki ölkənin daxili işlərinə heç bir ölkə qarışa bilməz.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərdən Türkiyənin “Ər-Rayyan” hərbi bazasını bağlamağı tələb etmişdi.
Türkiyənin Qətərdəki hərbi bazasında 113 hərbçi faəliyyət göstərir. Bu ayın sonundan iki ölkənin birgə hərbi təlimləri planlaşdırılır.

Təhsil-press.az

Oxşar xəbərlər