İstanbul Keyti Universitetinin rəhbərliyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi üzvlərinin görüşü olub

İstanbul Keyti Universitetinin rəhbərliyi ilə İstanbul Keyti Universitetinin rəhbərliyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi üzvlərinin görüşü olub.
Görüşdə Birliyin üzvü olan şəhid qəhrəmanların həyat yoldaşları iştirak edib.
Universitetin rektoru, professor Necmettin Atsü ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsindəki Qələbəni böyük sevgi və coşqu hissi ilə qarşıladıqlarını bildirib, şəhid övladlarının təhsili sahəsində universitet rəhbərliyinin gələcək planlarından danışıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə şəhid ailələri ilə əlaqədar həyata keçirilən layihələr və qarşıda duran fəaliyyət planları haqqında məlumat verib.
Görüş iştirakçıları qeyd ediblər ki, şəhid övladlarının ikitərəfli sosial layihələrdə iştirakı, Türkiyədə ali təhsilə yiyələnməsi, bilik və bacarıqlarının artırılması əsas məqsədlərdən biridir.
Universitetin ofis meneceri Berna Severge Bayizit yay tətilində şəhid övladlarının İstanbul Kent Universitetində təcrübə proqramlarına cəlb olunmasının əhəmiyyətindən bəhs edib. Görüşdə İstanbul Kent Universiteti ilə birlikdə şəhid övladları üçün Türkiyədə yay düşərgələrinin təşkil edilməsi, İstanbul Kent Universiteti ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər