Bakı Dövlət Universitetinin “SABAH” qruplarında hüquqşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələri tərəfindən səhnələşdirilmiş parlament debatı təşkil olunub.
Debat zamanı sosial təminat hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş parlament müzakirəsi rol oyunları metodundan istifadə edilməklə “Xeyriyyə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunub. Parlament müzakirəsində bütün tələbələr fəal iştirak edərək qanun layihəsinə özlərinin fərqli və obyektiv münasibətlərini bildiriblər.
Sonda parlament debatı metodunun hüquq fənlərinin tədrisi prosesində tətbiqi məsələsi müzakirə edilib və əhəmiyyəti vurğulanıb.
Tehsil-press.az