Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “SABAH” qruplarında kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri və Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsinin II kurs magistrantları AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında təcrübə keçirlər.
Təcrübə müddətində tələbələrə ali məktəblərdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Məqsəd tələbələrdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasıdır.

BDU-nun Mətbuat Xidməti