Dekabrın 17-18-də Təhsil Nazirliyinin “SABAH” qrupları və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə “SABAH” VI Tələbə Debat Forumu keçiriləcək.
“Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusuna həsr olunan forumun qrup və pley-off oyunlarında ümumilikdə 7 ali təhsil müəssisəsini təmsil edən 20 komanda mübarizə aparacaq.
Forumun əsas məqsədi “SABAH” tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, natiqlik bacarıqlarına yiyələnməsidir. Bununla yanaşı, tələbələrdə intellektual oyunlara maraq yaratmaq, müxtəlif universitetlərdə təhsil alan “SABAH” tələbələri arasında ünsiyyətin artırılmasına şərait yaratmaq da əsas məqsədlərdəndir.
Qeyd edək ki, forum çərçivəsində debat metodologiyası əsasında keçirilən üçgünlük onlayn təlim sessiyasında ümumilikdə 100-dən çox “SABAH” tələbəsi iştirak edib.
Tehsil-press.az