Xəzər Universitetində debat proqramı ilə bağlı müzakirələr aparılıb

Xəzər Universitetində debat proqramı ilə bağlı müzakirələr aparılıb Xəzər Universitetində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin idarə heyətinin dəyirmi masası təşkil olunub.
Tədbirdə Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin koordinatoru, İctimai Birliyin nümayəndələri və Debat klubunun tələbələri iştirak ediblər.
Dəyirmi masanın əsas məqsədi Debat klubu tələbələrinin auditoriya önündə sərbəst çıxış etmək, onlarda ünsiyyət bacarıqlarını təkmilləşdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasına nail olmaq, digər universitetlərin tələbələri ilə yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq və komanda halında birgə fəaliyyət göstərmək imkanlarını dəyərləndirməkdir.
Görüşdə debat fəaliyyəti ilə bağlı görüləcək işlər müzakirə olunub.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova milli debat proqramının gələcək fəaliyyət istiqamətləri, birliyin fəaliyyəti və yeni layihələr çərçivəsində görüləcək işlər, fəaliyyət planına və layihə formatına edilən təkliflər, universitetlərdə debat klublara rəhbərlik edəcək şəxslərin müəyyən edilməsi məsələlərindən danışıb.
Sonda tələbələrin təklifləri dəyərləndirilib və sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər