Bakı Avropa Liseyində şagirdlər arasında “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda debat keçirilib.
Təhsil Nazirliyindən təhsil-press.az-a bildiriblər ki, şagirdlərin qeyd olunan mövzuya müraciət etmələri sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.
Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda, onlardan çıxış yolları üzərində birgə düşünmək olub.
Şagirdlərin debatında təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, müəllim, şagird və valideynlər iştirak ediblər.
Təhsil-press.az