UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib

UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə UNEC-in professor-müəllim heyətinin böyük bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibətilə təbrik edib. Emin Əmrullayev UNEC-in ölkəmizdə elmin, təhsilin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırıb.
Nazir sonda UNEC əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universitetin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər