“British Council” Bakı Ali Neft Məktəbinə sertifikat təqdim edib

“British Council” Bakı Ali Neft Məktəbinə sertifikat təqdim edib Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın “British Council” təşkilatının IELTS Qeydiyyat Mərkəzi və Tərəfdaşlıq Proqramının üzvü sertifikatına layiq görülüb.
Sertifikatı BANM-də IELTS Qeydiyyat Mərkəzinin təsis edilməsi ilə bağlı imzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təqdim edib.
Qeyd edilib ki, bu sertifikat “British Council” təşkilatı tərəfindən ölkədə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinə verilir.
E.Qasımov “British Council” təşkilatına bu sertifikata görə təşəkkürünü bildirərək, təşkilat ilə ali məktəb arasındakı əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər