Peşə təhsili istiqamətində əməkdaşlıq əlaqələri genişləndirilir

Peşə təhsili istiqamətində əməkdaşlıq əlaqələri genişləndirilir Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İ Service” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Razılaşmaya əsasən mərkəzin mobil telefonların təmiri ustası ixtisası üzrə təhsil alan 12 tələbəsi dual təhsil proqramına uyğun olaraq, müəssisədə keçirilən nəzəri dərslərlə yanaşı, həftədə iki dəfə olmaqla işəgötürən şirkətdə təcrübəyə cəlb edilir. Sözügedən sahə üzrə praktiki bacarıqların öyrədilməsi işəgötürənin yerli mütəxəssislərinin birbaşa nəzarəti altında aparılacaq.
Razılaşma çərçivəsində, həmçinin mobil telefonların təmiri ustası ixtisası üzrə məzun olan şəxslərin işlə təmin olunmasına dəstək verilməsi də nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər