Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən “Bacarıqlı ol” usta yanında öyrənmə layihəsi çərçivəsində İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil mərkəzlərində üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələbələrin işə əsaslanan peşə təlimi uğurla davam edir.
Təlim proqramının məqsədi təcrübəyə əsaslanan öyrənmə metodu üzrə həyata keçirilən praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin etməkdir.
Proqram çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin üzüm və şərab ustası ixtisası üzrə təhsil alan 14 tələbəsi “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) müəssisəsində təşkil edilən istehsalat təcrübəsində “Di Vine Consulting” MMC-nin yerli və xarici mütəxəssislərinin nəzarəti və rəhbərliyi altında təcrübə keçirlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin eyni ixtisası üzrə təhsil alan 22 nəfər tələbəsi isə Qəbələdə yerləşən “Aspi Agro” üzüm emalı zavodunda peşə təhsili mərkəzi üçün ayrılmış sahədə mövsümi işləri həyata keçirməklə istehsalat ustalarının rəhbərliyi ilə praktiki biliklər əldə edirlər.
İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil mərkəzləri üçün ayrılmış təsərrüfat sahəsindən tələbələr tərəfindən yığılacaq məhsulun şərab istehsalı üçün istifadə olunması nəzərdə tutulur.
Qeyd edək ki, tələbələr “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı tərəfindən gündəlik qida, nəqliyyat ilə təmin olunur və təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alırlar. İyun ayının sonuna qədər davam edəcək təcrübə proqramının sonunda tələbələrə işə əsaslanan peşə təlimini uğurla bitirməkləri barədə sertifikatlar təqdim olunması nəzərdə tutulur.
Tehsil-press.az