Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Improtex Trucks & Busses” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Fərid Abdullayev imzalayıb.
Memoranduma əsasən, tərəflər logistika sahəsində elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində şirkət universitetin gənc startapçılarının layihələrinin reallaşdırılması və icrasına dəstək göstərəcək. Bundan başqa, xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinin bu sahə üzrə mütəxəssislərinin qısamüddətli təlimlərin keçirilməsi üçün universitetə dəvət olunması nəzərdə tutulur. Sənədə əsasən, AzTU-nun bakalavr, magistr, doktorantura pillələrində təhsil alan müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən tələbələri şirkətdə işlə təmin olunacaq.
Tehsil-press.az