Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Bir şeirin hekayəti” adlı onlayn poeziya gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər, mənəvi duyğular və ənənəvi dəyərlərə ehtiramla dolu unikal fəlsəfəsindən danışıb.
Gecədə ADU-nun çinşünas tələbələri məşhur Çin yazıçısı, Azərbaycanın Xalq şairi Səməd Vurğunun dostu Ke Çjunpinin “Bakı” şeiri və Çin Xalq Respublikasının yaradıcısı Mao Tszedunun “Böyük yürüş” şeirinin yaranma tarixindən danışıblar.
Tələbələr Mao Tszedunun “Çanşa”, “Sarı leylək qalası”, “Əriyin çiçəyi üçün qəsidə” və şair Li Dinin “Anırıq Bakını”, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın erməni işğalçıları ilə döyüşlərdə həlak olan hərbçilərin xatirəsinə həsr olunmuş şeirlərini Çin dilində söyləyiblər.
Poeziya gecəsi çərçivəsində Çin şairlərinin şeirlərinin ən yaxşı ifası üzrə müsabiqə də keçirilib.
Tehsil-press.az