Azərbaycan Dillər Universitetinin (ADU) Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova və Kiyev Milli Linqvistik Universitetinin professoru Olqa Vorobyova Filologiya fakültəsinin tələbələri üçün ingilis dilinin üslubiyyatı fənnindən interaktiv dərs təşkil ediblər.
Sevinc Zeynalova Azərbaycan Respublikasının Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf və islahatların həyata keçirildiyini qeyd edib. İnteraktiv dərsi ADU-nun professoru “Üslubiyyat: müasir tendensiyalar və yanaşmalar” və “Bədii mətndə, dildə üslubi fiqurlar” mövzusu ilə başlayıb.
Professor Olqa Vorobyova mətnin üslubi analizindən bəhs edərkən Virciniya Vulfun “The Water Place” əsəri əsasında tələbələrlə birlikdə bədii mətnin üslubi-konseptual analizini aparıb.
Sonda Sevinc Zeynalova və Olqa Vorobyova tələbələri maraqlandıran bir sıra sualları cavablandırıblar. Açıq dərs Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” şüarı ilə sona çatıb.
Tehsil-press.az