BDU-da “Çıxış üçün mətnin düzgün qurulması” mövzusunda təlim

BDU-da “Çıxış üçün mətnin düzgün qurulması” mövzusunda təlim Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə BDUTEDx klubunun “Çıxış üçün mətnin düzgün qurulması” mövzusunda təlimi keçirilib.
Tədbirdə təlimçi Leyla Yaqublunun mövzu üzrə məruzəsi dinlənilib. L.Yaqublu auditoriyaya düzgün mesajın ötürülməsinin formalarından bəhs edib. O, hazırlanacaq mətnin üslubunun, janrının, bədii və elmi əsərin bəsitliyinə, kamilliyinə, dərinliyinə xüsusi diqqət yetirməli olunan məqamlarına toxunub.
L.Yaqublu təlim çərçivəsində hazırlanan mətn haqqında fikirlərini bildirərkən, bədən dilinin əsası olan əllərdən çıxış zamanı necə istifadə edilməli olduğu və düzgün göz kontaktının əsasları haqqında danışıb.
Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər