Alimlər "omikronun" aşağı patogenliyini izah ediblər

Alimlər Mütəxəssislər "omikron" ştammının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştammın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.
Bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştammları ilə yoluxdurublar. "Omikron"la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində "omikron" "delta"dan daha yavaş yayılıb.

Tehsil-press.az

Oxşar xəbərlər