İran Prezidenti İbrahim Rəisi “Qüds” Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində əli olanların məhkəmə qarşısına çıxarılmasını tələb edib.
Bu barədə o, Tehranda Suleymaninin öldürülməsinin ikinci ildönümünə həsr olunmuş mitinq zamanı bildirib.
“ABŞ-ın eks-prezidenti Donald Tramp və Dövlət Departamentinin keçmiş rəhbəri Maykl Pompeo məhkəmə qarşısına çıxarılmalı və törədilmiş cinayətə görə cavab verməlidirlər”, - Rəisi deyib. “Əgər haqq-ədalət zəfər çalmasa, İran xalqı tərəfindən cəza gələcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, general Suleymani 2020-ci il yanvarın 3-də Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülüb. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, zərbə ovaxtkı prezident Donald Trampın göstərişinə əsasən endirilib.
Tehsil-press.az