İranda general Süleymani ilə vida mərasimində 35 nəfər həlak olub

İranda general Süleymani ilə vida mərasimində 35 nəfər həlak olub İranda general Qasım Süleymani ilə vida mərasimi zamanı yaranmış basırıq nəticəsində 35 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.
Bağdadda öldürülən generalla vida mərasimi bu gün səhər saatlarında onun doğma vətəni Kermanda başlayıb. Mərasimdə yüz minlərlə insanın iştirak etdiyi bildirilir.
Təcili tibb xidmətinin rəhbəri Pir Hüseyn Kulivandın sözlərinə görə, faciənin səbəbləri aydınlaşdırılır. Əlavə məlumat təhqiqat başa çatdıqdan sonra veriləcək.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad aeroportu rayonunda keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Tehsil-press.az



Oxşar xəbərlər