Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 25 namizəd uğur qazanıb

Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 25 namizəd uğur qazanıb Yeddi dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə dekabrın 13-dən başlanan ümumi müsahibə davam edir.
Qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb. Bu gün saat 15:20-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 25 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin yanvarın 6-dək keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər