Noyabrın 16-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.
Elan üzrə 12 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 131 namizəddən 130-nun müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi, Dövlət Aparatının maliyyəsi şöbəsinin müdiri (1 vakant yer üzrə 10 namizəd), Diasporla İş üzrə Dövlət Komitəsi Aparatı, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 8 nəfər) vəzifələri üzrə yaranıb.
Müsahibələrin 2021-ci il dekabrın 17-dən 2022-ci il yanvarın 17-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Tehsil-press.az