BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində qazi məzunla görüş

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində qazi məzunla görüş Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirov ilə görüş olub. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində keçirilən görüşdə qazi Qədir Daşdəmirova həsr olunan sənədli film nümayiş etdirilib, onun keçdiyi döyüş yolu haqqında məlumat verilib.
Bildirilib ki, baş leytenant Qədir Daşdəmirov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib, torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıqlar göstərib. Ön xətdə ağır yaralanan Qədir Daşdəmirov “YAŞAT” Fondunun dəstəyi ilə qardaş Türkiyədə müalicə olunub. Qədir Daşdəmirovun göstərdiyi qəhrəmanlıqlar dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qədir Daşdəmirov “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Tədbirdə Qədir Daşdəmirov çıxış edərək Vətən müharibəsində keçdiyi döyüş yolundan bəhs edib. O, müzəffər Azərbaycan Ordusunun qalib zabiti olması ilə qürur duyduğunu bildirib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini hər an yerinə yetirməyə hazır olduğunu ifadə edib.

Tehsil-press.az




Oxşar xəbərlər