Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin məzunu olan şəhidlərin xatirəsinə yaradılmış abidəni ziyarət ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADNSU-nun tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış ediblər. Onlar Vətən müharibəsi haqqında maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış qəhrəmanlarımızın tanıdılmasının vacibliyini vurğulayıblar.
Sonra 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan gəncliyi Vətən müharibəsində” adlı jurnal haqqında, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytı haqqında təqdimatla çıxış ediblər.
“Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 30 illik erməni işğalına son qoymasından danışıb.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Cavid Həsənov, Hüseynalı Hüseynalıyev və Kamal Abasov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü dövlət, güclü ordu strategiyasından, həmçinin dövlət-xalq-ordu birliyindən danışıblar. Qazilərimiz Vətən müharibəsində mərd oğullarımızın yüksək peşəkarlıq nümayiş etdirdiklərini və qazandıqları zəfərlə qürur duyduqlarını bildiriblər. Çıxışlar zamanı Vətən müharibəsində ADNSU məzunlarının da fədakarlıq göstərdiyi vurğulanıb və buna görə qazilərimiz universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə qonaq qazilərimiz tələbələrin suallarını cavablandırıblar, keçdikləri döyüş yolu haqqında məlumat veriblər. Onlar qələbənin ən başlıca səbəbi kimi Ali Baş Komandanın uzaqgörən strategiyasını, əsgər və zabitlərimizdə olan birlik və ruh yüksəkliyini vurğulayıblar.
ADNSU-nun tələbəsi Rüfət Rüstəmov 44 günlük Vətən müharibəsindən, qazandığımız əbədi zəfərdən və döyüş meydanı ilə yanaşı, azərbaycanlı gənclərin informasiya müharibəsində göstərdiyi fədakarlıqdan danışıb.
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsi qazilərinin görüşləri davam etməkdədir.
Tehsil-press.az