Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə universitetin rektoru Vilayət Vəliyev, elm və innovasiya üzrə prorektoru Çetin Elmas, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Vətən müharibəsi qazisi, tələbə Elşən Mehdiyevin atası Sübut Mehdiyev çıxış ediblər.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində iştirak edib xalqımıza Qələbə müjdəsi verən qəhrəmanların gənc nəslə tanıdılması təqdirəlayiqdir. AzTU hər zaman tələbələrin vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə böyük önəm verir. Universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda xidmət edib. Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 31 nəfər şəhidlik zirvəsinə ucalıb, onlarla məzunu qazi olub. Qalib ölkənin tələbələri bundan sonra da öz təhsilləri, savadları, vətənpərvərlikləri ilə ön sıralarda olmalıdır.
Tədbirdə Zəfər salnaməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Əhliyət Mehdiyev çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə barədə fikirlərini bildirib.
Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri müharibə ilə bağlı xatirələrini tələbələrlə bölüşüb. Qeyd olunub ki, ordumuzun Vətən müharibəsində iştirak etdiyi hərbi əməliyyatların dünya hərb tarixinə düşməsi qürurvericidir.
Qazilər gənc nəslin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə təşkil olunan görüşün keçirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür ediblər.
Çıxışlardan sonra qazilər tələbələrin Vətən müharibəsi ilə bağlı suallarını cavablandırıb.
Tədbirin sonunda universitetin tələbələri adından AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi, şəhid Zülfüqar Fərəcovun oğlu Əmrah Fərəcov və AzTU Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qazilərimizə təşəkkür ediblər.
Tehsil-press.az